Hindistanlı Feroz Din Mir 141 yaşı olduğunu bildirib.
AZXEBER.COM-un məlumatına görə, Din Mirin iddiası təsdiqlənərsə, o, dünyanın ən yaşlı insanı statusunu alacaq.
Feroz Din Mir 1872-ci il, martın 10-da anadan olduğunu və rəsmi şəxsiyyət vəsiqəsinin olduğunu deyib.
Kəşmirdə yaşayan qadın bundan əvvəl 4 dəfə evli olub. Əvvəlki həyat yoldaşları həyatdan köçən Feroz hazırda 5-ci əri ilə yaşayır. 10 uşaq sahibi olan qadın sərbəst hərəkət edir və gözləri zəif görsə də, ailə üzvlərini tanıyır.
Hazırda Din Mirin təvəllüd tarixi araşdırılır.
