“Ağır cinayətlərinbaş verməsi belə ölüm hökmünün bərpa edilməsinə rəvac vermir”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Asim Mollazadə deputat həmkarı Fazil Mustafanın ölüm hökmünün geri qaytarılması ilə bağlı məsələni gündəmə gətirməsinə münasibət bildirərkən söyləyib:
“Bəli, Fazil Mustafa xüsusi qrup cinayətkarlar üçün, əsasən də, uşaq qatilləri, onlara cinsi təcavüz edənlər və digər ağır cinayətlər törədən şəxslər üçün ölüm hökmünün məqbul olduğunu iddia edir. Lakin unutmayaq ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan öz qərarını elə Avropa Şurasına daxil olan məqamda verib. Avropa Şurasına üzv olan ölkələrdə isə ölüm hökmü ləğv olunub. Hətta Rusiya belə bu addıma getməyə məcbur olub. Və mənə elə gəlir ki, bu qərarı dəyişməyə ehtiyac yoxdur. Ağır cinayətlərinbaş verməsi belə ölüm hökmünün bərpa edilməsinə rəvac vermir”.
Ceyhun