Bu qış ağır keçəcək: COVID-19 digər xəstəliyi unutdurub, amma o da öldürür

SAĞLAMLIQ
23:04 01.11.2020
1278
Payız fəsli ilə bağlı dünyanın bir sıra ölkələrində qripə qarşı peyvəndləməyə başlanılıb. Vaksinasiya tədbirləri koronavirus pandemiyası dövründə qripə yoluxmanın qarşısını almaq məqsədi daşısa da, bəzi ölkələrdə qrip peyvəndinin əks effekt verdiyinə dair məlumatlar yayılıb.

Xarici KİV-lərin Cənubi Koreyanın Səhiyyə və Sosial Rifah Nazirliyinə istinadən yaydığı məlumata görə, məcburi qrip peyvəndindən sonra 13 nəfər ölüb. Bu barədə ilk ölüm hadisəsinin 16 oktyabrda İnçxon şəhərində baş verdiyi bildirilir. 17 yaşlı məktəbli peyvənddən bir müddət sonra vəfat edib. Onun ardınca Seulda, Kenqido qəsəbəsində və digər bölgələrdə oxşar hadisələr baş verib. Qeyd edilir ki, ölənlərin əksəriyyəti yaşlı insanlardır.

Həkimlər bildiriblər ki, ən azı altı hadisədə istintaq peyvəndlə insanların ölümü arasında birbaşa əlaqəni aşkar etməyib. Ən çox görülən yan təsirlərdən olan anafilaktik şok ehtimalı üçün də testlər mənfi nəticə verib. Eyni zamanda, peyvəndlərdə heç bir zəhərli maddə tapılmayıb. Bu baxımdan, ölkənin Səhiyyə Nazirliyi COVİD-19 pandemiyası fonunda bu il məcburi olan qrip peyvəndinin dayandırılması üçün bir səbəb olmadığını düşünür. Azərbaycanda da ilkin mərhələdə risk qrupuna aid olan şəxslərə vaksinlərin vurulmasına başlanılıb.

Onu da qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə, qrip heç də adamları COVID-19-dan az öldürmür. Çünki qrip insan orqanizmində çoxsaylı xəstəliklərin yaranmasının əsasını qoyur. Ona görə də, öz təhlükəlilik dərəcəsinə görə, heç də koronalı oxşarından geri qalmır.

Sputnik Azərbaycan qripə qarşı peyvəndlərin təhlükəsini araşdırıb.

İnfeksionist Nilufər Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qrip-influenza virusları tərəfindən törədilən yoluxucu xəstəlikdir. Onun sözlərinə görə, hər kəs qripə yoluxa bilər:

"Hər bir şəxsdə qrip müxtəlif faktorların təsirindən fərqli təzahür edə bilər. Qrip məlum olan risk qruplarında ağırlaşmalarla müşahidə olunur. Bu risk qrupuna 65 yaşdan yuxarı şəxslər, istənilən yaşda xroniki xəstəliyi olanlar, o cümlədən, astma, diabet, ürək-damar, onkoloji və s. xəstəliyi olanlar, hamilə qadınlar və 5 yaşdan kiçik uşaqlar daxildir. Risk qrupuna daxil olan şəxslərin, həmçinin, risk qrupuna daxil olan şəxslərə qulluq edən və ya onlarla birlikdə yaşayanların həkim müayinəsindən keçdikdən sonra qrip əleyhinə vaksinasiya olunmaları məsləhətdir".
Ancaq infeksionist deyir ki, bəzi insanlar qrip əleyhinə vaksinasiya olunmamalı, ya da zərurət yarandıqda ciddi həkim nəzarəti altında olunmalıdır: "Xüsusən də, yumurta ağı zülalına qarşı şiddətli allergiyası olanlar, əvvəlki qrip vaksininə qarşı allergiyası olanlar, əvvəlki qrip vaksinindən sonra 6 həftə ərzində Guillan- Barre sindromu inkişaf edən şəxslər, yüksək hərarəti olanlar, 6 aydan kiçik uşaqların vaksinasiya olunması məsləhət görülmür".

N. Məmmədovanın sözlərinə görə, COVID-19-a yoluxmuş şəxslərin qrip əleyhinə vaksinasiya olunmasında heç bir problem yoxdur:

"COVID-19 xəstəliyini keçirib sağalan şəxslərdə qrip xəstəliyinə qarşı heç bir qoruyuculuq yaranmır. Ona görə də, Covid-19 keçirdikdən sonra əgər yüksək hərarət davam etmirsə və şəxs qrip xəstəliyinin ağırlaşmalarına görə risk qrupuna daxildirsə, həkim müayinəsindən sonra qrip əleyhinə vaksinasiya olunması məsləhətdir".

İnfeksionist bildirirb ki, vaksinin sentyabr- oktyabr aylarında olması məsləhət görülür. Nilufər Məmmədovanın sözlərinə görə, vaksin sayəsində xəstəliyin ağırlaşmalarının qarşısı alınır. İnfeksionist onu da nəzərə çatdırır ki, vaksin yalnız həkim müayinəsindən sonra tibb müəssisələrində olunmalıdır!

Qeyd edək ki, risk qrupu dedikdə xüsusi olaraq tibb işçiləri nəzərdə tutulur. Çünki tibb personalı hər zaman olduğu kimi xəstələrlə təmasda olur və xəstələnmə riski onlarda daha yüksəkdi. Həmçinin xroniki ağ ciyər xəstəlikləri olan şəxslər də qeydiyyatda olduqları rayon üzrə poliklinikalara yaxınlaşıb peyvənd vurdura bilərlər.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, Azərbaycana gətirilən yeni peyvəndlər hər bir şəxs üçün nəzərdə tutulub. Bu vaksinlərin koronavirusla heç bir əlaqəsi yoxdur, yalnız qrip xəstəliklərinə qarşı vurulur.

Qeyd edək ki, bütün respublika üzrə bir ay müddətində aparılan vaksinasiya tədbirləri ödənişsiz olaraq dövlət hesabına həyata keçiriləcək. Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə də Sputnik Azərbaycan-a bildirib ki, peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq:

"Dozasına görə, vaksinlərin həm keyfiyyəti, həm qiyməti, həm də saxlanılması qaydaları fərqli olur. Ölkəyə gətirilən bu vaksinlər çox keyfiyyətlidirlər. Nazirlik tərəfindən alınan bu peyvəndlər risk qrupunda olan bütün tibb işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə, hamilələrə və 6 aydan yuxarı olan uşaqlara vurulacaq. Digər qruplar isə özləri könüllü olaraq peyvənd üçün müraciət edə bilərlər".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır