Dünyaca məşhur gözəllik müsabiqələrindən olan "Miss World Peace" yarışmasınının Azərbaycan təmsilçisi məlum oldu.
AZXEBER.COM-a açıqlama verən "World Beauty Congress"in Qafqaz ölkələri üzrə kordinatoru Aqil Məmiyev bildirib ki , kastinqin nəticələrinə görə, eyni zamanda Azərbaycan üzrə təşkilatı komitənin birgə rəyinə əsasən Səbinə Əliyeva təmsilçi seçilib. "Səbinə Əliyeva 2016-ci ildə Honq-Konqda keçirirləcək yarışmada iştirak edəcək. Artıq təmsilçimiz yarış üçün hazırliqlara başlayıb. Onun üzərində təcrübəli fotoqraflar və stilist Mirvari Əliyeva çalışır. Təmsilçimizə müsabiqə üçün fotoqraf Eko Agalarov fotosessiya edib”.







