Argentinada Edis Kasas əkiz bacısının qatili Viktor Kongolani ilə evlənməyə qərar verib.
Bu isə bütün ölkədə etirazlara səbəb olub.
AZXEBER.COM-un məlumatına görə, Kasasın ailəsi qızlarının onlara dəhşətli şəkildə xəyanət etdiyini deyib: "Qızımız bizə xəyanət etdi. O, ölümdən qorxduğuna görə bu addımı atıb".
Qeyd edək ki, Viktor Kongolani Edisin bacısını öldürdüyünə görə 13 il azadlıqdan məhrum edilmişdi.