Bu qız da Orxanın həbsindən danışdı

Bu qız da Orxanın həbsindən danışdı
MAQAZİN
13:57 17.10.2013
4511

Məşhur teleaparıcı Kseniya Sobçak Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun saxlanılmasına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, K.Sobçak O.Zeynalovun tutulma səhnəsinə baxaraq onu rejissor Fyodr Bondarçukun yaradıcılığı, O.Zeynalovu isə Bin Laden ilə müqayisə edib.

“Belə bir təəssürat var ki, O.Zeynalovun saxlanma səhnəsinin prodüseri Rodnyanskidir, çəkiliş isə Fyodr Bondarçuka məxsusdur”, - deyə Sobçak öz Twitter səhifəsində yazıb.

“Qısası, belə görünür ki, bizim Bin Laden yaxalandı. Ölkə qurtuldu. Getdim yatmağa”.

Qeyd edək ki, Y.Şerbakov ötən cümə axşamı bıçaqlanıb. Qətl Vostryakovski keçidində mərhumun sevgilisinin gözləri önündə baş verib. Qatil videokameralara düşüb və o axtarışa verilib. İnsident əks-səda doğurub və Qərbi Biryulevoda kütləvi qarşıdurmalara gətirib çıxarıb.

O.Zeynalov polisə verdiyi ifadəsində deyib ki, Y.Şerbakovu öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, bu özünü müdafiə edib.

“Mən onun öldüyünü bilməmişəm. Sonradan eşitdim ki, ölüb”.

OXŞAR XƏBƏRLƏR