Bu qız dayanacaqdan 25 min manat tapdı, pulu qaytarmaq üçün sahibini axtarır - FOTO+VİDEO

TOP4
11:52 15.10.2016
20048
Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir xanım İstanbulun Ədirnəqapı adlanan ərazisində 25 min manata yaxın pul tapıb.
 
Belə ki, axşam gəzintisinə çıxan xanım dayanacaqda şübhəli paket görüb, ona yaxınlaşarkən isə şok keçirib.
 
Paketin içində 25 min manat pul olub. Pulu tapan Hanifə Öndər adlı xanım örnək addım atıb və polisə müraciət edib. O eyni zamanda şəkil sosial şəbəkə hesabında paylaşıb və pulun sahibini axtardığını deyib. Hanifə Öndər İstanbulda restoranların birində çalışır.
 
Hələ ki, pulun sahibi ortaya çıxmayıb, bu xanım isə örnək addımına görə Türkiyə mətbuatının gündəmini zəbt edib.
 
Həmin fotonu və videonu təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR