İranda gözəl xarici görünüşə malik xanımın dövlət idarələrində işləməsinə qadağa qoyulub.
Mühafizəkar dairələr bildirib ki, dövlət orqanlarında maniken görünüşlü xanıma yer yoxdur və ondan deputat statusunun alınmasını tələb ediblər.Gün.Az-ın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, son seçkilər zamanı İranın cənubunda yerləşən Qəzvin şəhərində dövlət müşaviri vəzifəsinə seçilən Nina Moradi yerli Dini Şuranın qərarına əsasən tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu isə xanımı gələcəkdə hər hansı dövlət fəaliyyətində iştirak hüququndan məhrum edir.İxtisasca mühəndis olan 27 yaşlı Nina Siyahəli Moradi veb-dizayner kimi də fəaliyyət göstərir.Seçki plakatlarında onun təsviri iranlı qadınlar üçün ənənəvi olan tərzdə, yalnız simasının açıq qaldığı hicablı və qara geyimdə verilməsinə baxmayaraq, mühafizəkarlar hətta bu görünüşü də əxlaqa zidd olaraq qiymətləndirib.