Rusiyanın ən gözəl xanım idmançılarından olan Anna Sidorova açıq-saçıq şəkilləriylə gündəmə gəlib.
AZXEBER.COM-un məlumatına görə, “Rusiyada ən gözəl idmançı” səsverməsinin qalibi olan xanım 6 yaşından 13 yaşına kimi fiqurlu konkisürmə ilə məşğul olsa da, ayağından aldığı zədə üzündən idmanın bu növünə davam edə bilməyib. İdmandan kənarda qalıb darıxmamaq üçün yaxınlarının məsləhəti ilə kerlinqlə məşğul olmağa başlayıb. Artıq bir neçə aydan sonra o, idman ustası adına namizəd olub.