Bu qız qardaşının böyüməsini istəmir - VİDEO

DÜNYA
11:06 01.08.2014
1312
İnternetin yeni fenomeni azyaşlı qızdır. "YouTube"də yüklənən video izlənilmə rekordları vurub.Görüntüdə əks olunan qızcığaz balaca qardaşının böyüməsini istəmir. 5 yaşındakı Sadie anası ilə söhbət zamanı qardaşının böyüyəcəyini öyrənib. Bundan sonra o gözyaşlarına boğulub.Qızcığaz balaca qardaşının çox şirin olduğunu söyləyib və onun böyüməsini istəmədiyini anasına izah etməyə çalışıb. Sadie bunu anasına izah edərkən hönkürtü ilə ağlayıb. Balaca qardaşının başını sığallayan Sadie tez-tez qardaşını öpüb.Bu video sosial şəbəkələrdə paylaşıldıqdan sonra insanlar arasında böyük marağa səbəb olub.
OXŞAR XƏBƏRLƏR