Bu qız şou-biznesə geri dönür - FOTOLAR

MAQAZİN
12:28 12.08.2013
5119

“Azəri star-2006” mahnı müsabiqəsinin qalibi olan Fidan Süleymanovadan xəbər var.

Müğənni AZXEBER.COM -a efirdə az-az görünməsinin səbəbini açıqlayıb. Bildirib ki, bu müddət ərzində sənətdən uzaqlaşmayıb:

“Düzünü desəm, sənətimdə fasilə olmayıb. Efirdə görünmədiyim müddəti üst-üstə hesablasaq, ümumilikdə bir il ancaq edər. Amma tamamilə bir il efirdən kənar qaldığım olmayıb, sənətdən uzaqlaşmamışam. Sadəcə, efirlərdə çox görünmürdüm”.

Çox iddialı görünən müğənni yaradıcılıq planlarının çox olduğunu deyib:

“Bu ilin əvvəllərində “Bu gecə” adlı mahnıma klip çəkildi. Uğurlu mahnı olduğu üçün ekran həyatı vermək qərarına gəldim. Necə deyərlər, dönüşüm möhtəşəm olacaq. Yaradıcılıq planlarım çoxdur, yeni mahnılar, kliplər gözlənilir. Hər şeyin yaxşı olacağına əminəm”.

OXŞAR XƏBƏRLƏR