Bu şagirdlər ali məktəblərə müsabiqəsiz qəbul olunacaqlar - Qanun dəyişdi

Bu şagirdlər ali məktəblərə müsabiqəsiz qəbul olunacaqlar - Qanun dəyişdi
SOSİAL
13:31 06.07.2018
3891
"Beynəlxalq fənn olimpiadalarının qaliblərinin respublikanın ali məktəblərinə qəbul olması ilə bağlı məsələlər müzakirə edilirdi. Bu şagirdlər artıq heç bir müsabiqədən keçmədən ali məktəblərə qəbul oluna biləcəklər".

Bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov "Təhsil haqqında" qanuna edilən son dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, o cümlədən respublika daxilində keçirilən fənn olimpiadalarının qalibləri də öz ixtisasları üzrə ali məktəblərə qəbul ola biləcəklər. 
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR