Bu şagirdlər iyuladək keçirilən imtahanlara çağırıla bilər

Bu şagirdlər iyuladək keçirilən imtahanlara çağırıla bilər
SOSİAL
13:35 20.06.2020
1098
Bədən hərarəti yüksək olduğu üçün buraxılış imtahanına buraxılmayan şagirdlər arasında sağlamlıq vəziyyəti normal olanları iyuladək keçirilən imtahanlara dəvət edə bilərik.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin abituriyentlərin sağlamlığı daha vacibdir: "Onların hər biri sağaldıqca imtahanların keçirilməsi mümkün deyil. Amma sağlamlıq vəziyyəti normal olan uşaqları iyuladək keçirilən buraxılış imtahanlarına dəvət edə bilərik".
OXŞAR XƏBƏRLƏR