"Bu seçki ölkəmizin "Zəfər seçkisi"dir - Mənsum İbrahimov

"Bu seçki ölkəmizin "Zəfər seçkisi"dir - Mənsum İbrahimov
MƏDƏNİYYƏT
08:03 06.02.2024
860
"Bütövləşmiş Azərbaycanın ilk seçkisində hər kəs iştirak etməlidir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

"Mən inanıram ki, xalqımız bu seçkidə çox fəal olacaq. Tariximizdə ilk dəfədir ki, bu "Zəfər seçkisidir”. Ölkəmizin xəritəsinin bütövləşməsindən sonra ilk dəfədir ki, azad 
olunan torpaqlarda da seçkilər keçiriləcək. Bu böyük və çox qürurverici hadisədir. Hər kəs bu seçkidə iştirak etməlidir, çünki bu tarixi hadisədir. Mən həm xalqımıza, həm də bütün sənət dostlarıma səslənirəm ki, fevral ayının 7-də seçki məntəqələrinə mütləq getsinlər və səs versinlər. İnanıram ki, belə də olacaq”.

Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR