Bu səhər işə başlayan çörək sexi bağlandı - Fotolar

Bu səhər işə başlayan çörək sexi bağlandı - Fotolar
SOSİAL
11:30 06.06.2020
833
Gəncə şəhərində sərtləşdirilmiş karantin rejiminin olmasına baxmayaraq şəhərin Nizami rayonunda çörək sexi fəaliyyətə başlayıb. 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AZXEBER.COM-a daxil olan məlumata görə, polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandırıb. 

Obyekt sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görüb.

Xatırladaq ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR