Bu şəhərdə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq

Bu şəhərdə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq
SOSİAL
14:58 16.08.2022
285
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə "Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, hazırda "Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir: "Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq. Narahatlıqla əlaqədar "Azərsu” abonentlərdən üzr istəyir".
OXŞAR XƏBƏRLƏR