Bu şəhərdə iş yerlərinə qadağa: 22:00-da bütün müəssisələr bağlanacaq

Bu şəhərdə iş yerlərinə qadağa: 22:00-da bütün müəssisələr bağlanacaq
DÜNYA
00:00 15.12.2022
404
Pakistanda məhkəmə Lahor şəhərində hava çirkliliyini azaltmaq üçün bütün müəssisələrin saat 22:00-dan etibarən bağlanmasına qərar verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Lahor Ali Məhkəməsi şəhərdəki bütün müəssisələrin axşam saat 22:00-da bağlanmasına qərar verib.

Qərar Lahorda havanın çirklənməsini azaltmaq üçün qəbul edilib.

Qeyd edək ki, Lahorda 12 milyon insan yaşayır. Şəhər Yeni Dehli, Dəkkə, Kəraçi və Pekin kimi Asiyanın ən çirkli havası olan şəhərlər sırasındadır.

Aydın
OXŞAR XƏBƏRLƏR