Bu şəhərin qaz təminatında məhdudiyyət olacaq

Bu şəhərin qaz təminatında məhdudiyyət olacaq
SOSİAL
08:36 14.03.2022
314
Sumqayıt şəhərində 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar Sahəsindən APA-nın yerli bürosuna verilən məlumatda deyilir.

Bildirilib ki, "Şəhər-3" orta təzyiqli qaz kəmərində təmir-quraşdırma işlərinin aparılması və qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar, 14. 03. 2022-ci il tarixində saat 09:30-dan etibarən saat 11:30-dək Sumqayıt şəhərinin Kimyaçılar, Təzə Kotec, Köhnə Kotec qəsəbələri, "Xəzər bağları” yaşayış massivində, Bulvar ərazisi və 22-ci məhəllənin qaz təchizatı dayandırılacaqdır. Ümumilikdə 16500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.
OXŞAR XƏBƏRLƏR