Bu şəkildən bir neçə gün sonra....

DÜNYA
15:09 30.09.2014
3900
Türkiyənin Zonguldak şəhərində yaşayan Onur Bayram, dostları ilə əylənən zaman boş bir məzarın içərisinə girərək şəkil çəkdirib. 
Gənc çəkdirdiyi şəkli bir neçə gün öncə öz “facebook” profilində paylaşıb. 29 sentyabrda isə Onur Bayramın doğum günü olub. O, dostları ilə ad gününü keçirən zaman musiqinin səsini azaltmaq bəhanəsi ilə yan otağa keçib. 
Onur belindəki silahı çıxararaq çənəsinə tutub və intihar edib. Dostları silah səsini eşidərək Onurun olduğu otağa gəliblər. Ancaq, dostları Onurun cansız bədəni ilə qarşılaşıblar. Doğum günündə intihar edən Onurun ölüm səbəbi araşdırlır.
///Bizimyol.info
OXŞAR XƏBƏRLƏR