"Bu şəmkirlilər üçün canından əziz olan rayona hörmətsizlikdir"

"Bu şəmkirlilər üçün canından əziz olan rayona hörmətsizlikdir"
SOSİAL
16:22 21.05.2019
3578

Elgün Seyid

Bu yaxınlarda Şəmkir şəhərində yerləşən İstiqlal parkında mal-qaranın otlaması ilə bağlı bir vətəndaşın çəkdiyi foto mediada bəh-bəhlə paylaşıldı.

İlk olaraq hadisəyə şəxsi münasibətimi bildirmək istəyirəm.

Əslində belə bir hadisənin baş verməsi xoşagəlməzdir. Çünki Şəmkir kimi mədəni ənənələri ilə seçilən bir rayonda bu yolverilməzdir.

Amma bütün bunları rayon İcra Hakimiyyətininə ünvanlamaq nə jurnalist etikasına, nə də vətəndaş mövqeyinə sığmır.

Son illərdə bu rayonda görülən əsaslı işlər, kadr siyasətinin gənclər siyasətinə uyğun uğurla aparılması doğrudanmı nəzərə çarpan işlər deyil?

Şəmkir rayon İcra Hakimiyyətinin işçilərinin vəzifəsi təkcə park və xiyabanları qorumaq deyil, cənablar!

Belə hallara bizlərin, cəmiyyətin, Şəmkiri sevən hər kəsin yol verməməsi lazımdır.

Bu mənzərəni kadra alıb mətbu orqanlara göndərməkdənsə, ona reaksiya göstərmək, qarşısını almaq lazım idi. Şəmkir təkcə bir qrup vəzifə adamının deyil, 200 mindən artıq əhalinin rayonudur. Bu rayonda yaxşı və ya pis nə varsa bu hamımızın adınadır. Axı bu şəhər bizimdir, bu şəhər bizim simamızdır.

Amma bu kimi halların rayon əhalisinin etimadını qazanmış bir komandanın adına bağlanması ədalət prinsipi ilə bir araya sığmır.

Fotodakı mal-qaranı saat 05:00-da Şəmkirimizin dəyərlərindən hesab olunan İstiqlal parkında görüb qovmaq, dəyərə sahib çıxmaq əvəzinə kadra alıb mətbuata ötürən insana siz hansı adı verə bilərsiniz?

Şəmkiri sevən biri olaraq şəxsən mən o adı tapa bilmirəm. Bircə kəlmə deyə bilərəm ki, bu şəmkirlilər üçün canından əziz olan rayona hörmətsizlikdir.

İctimaiyyəti marifləndirmək əvəzinə belə yazıları yazanlar isə jurnalistika ilə qərəzin bir araya sığa biləcəyini, belə xarakterli məqalələrin altına imza atdıqları məkrli yazılarda göstərirlər.

Bəzi mətbu orqanlar sual ünvanlayır. Bəs "Dost”mərkəzi xətti ilə "İstiqlal” parkına ayrılan işçi olmayıb?

Onlara da cavab vermək istəyirəm. Var..

Baxın, fotoda olan o insandır. Özüdə aztəminatlı, bacardığı işi görməklə kifayətləndiyimiz biri...

Elə bir ailədir ki, Cənab Prezidentimizin "Dost” mərkəzi vasitəsilə onu sevindirməyə çalışdığı aylıq məvacib evinə daxil olanda o, ailədə toy-bayram hesab olunur.

İstəyənlər ailəni araşdıra da bilər. Şəmkir rayon Zəyəm qəsəbə sakinidir Nəbiyev Eyvaz Zaman oğlu.

Bəli, mal-qaranın parka keçməsi bizim, onun günahıdır. İndi mən sizlərə sual verirəm bu ailəni, bu insanı işdən azad etməyə gücümüz çatarmı?

Bu ailəni Prezidentimin bəxş etdiyi xoşbəxtlikdən məhrum etməyə vicdanımız yol verərmi...?

Yəqin ki, bu fotonu çəkənlər bu kimi durumları anlamaz. Anlasaydılar, belə insafsızlığa yol verməzdilər.

Bütün bu xoşagəlməz hadisəyə alət olanlaradır sözüm.

Əmin olun ki, göstərdiyiniz bu qərəzli mövqelər bizləri Cənab Prezidentimizin tapşırıqlarını icra etmək istiqamətdəki çabalarımızdan, Şəmkir, şəmkirlilər üçün gecə-gündüz bilmədən çalışmağımızdan vaz keçirməyəcək. Çünki bizlər dövlətimizi, millətimizi və ən əsası isə Şəmkirimizi canımzdan çox sevirik.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR