Bu şənbə rəsmi iş günüdür

Bu şənbə rəsmi iş günüdür
SOSİAL
15:18 17.06.2025
561
Azərbaycanda iyunun 21-i şənbə günü olmasına baxmayaraq, rəsmi iş günüdür. 

AZXEBER.COM xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı Qərarda öz əksini tapıb.

Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, 21 iyun şənbə günü olsa da, iş günü, 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri isə qeyri-iş günləridir.

Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
OXŞAR XƏBƏRLƏR