Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq

Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq
SOSİAL
19:47 10.04.2018
5442

Dövlət İmtahan Mərkəzi (DİM) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.

DİM-dən AZXEBER.COM-a verilən məlumata görə, "Təhsil haqqında" Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər:

- ümumi qaydada təsdiq olunmuş "Abituriyent elektron ərizəsi" formasının surəti; müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu).

Sənədlər 2018-ci il 31 may tarixinədək təqdim olunmalıdır.

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların

SİYAHISI

1. Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.

2. Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri.

3. Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).

4. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).

5. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).

6. Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).

7. "Bravo" beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).

8. Gənc pianoçuların "Stupen k masterstvu" beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

9. Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).

10. Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).

11. Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).

12. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).

13. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

 

14. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

15. Caz musiqi festivalı (Montre, İsveçrə).

16. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).

17. "Şabıt" Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).

18. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

19. "Eurovision" estrada mahnı müsabiqəsi.

20. Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).

21. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

22. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).

23. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).

24. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).

25. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).

26. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).

27. Skripkaçıların "Premio Paqanini" adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).

28. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).

29. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).

30. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda atalara xoş xəbər: Artıq onlar da…
15:37 23.09.2025
Azərbaycanda atalara xoş xəbər: Artıq onlar da…
Məşhur aktrisa "Arka sokaklar"a qayıdır
15:18 23.09.2025
Məşhur aktrisa "Arka sokaklar"a qayıdır
“Qadına həbsxana yaraşmır” - Yol polisindən xanım sürücülərə çağırış
15:05 23.09.2025
“Qadına həbsxana yaraşmır” - Yol polisindən xanım sürücülərə çağırış
“Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir” - Deputat
15:04 23.09.2025
“Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir” - Deputat
Qəzzada ölənlərin sayı artdı
15:02 23.09.2025
Qəzzada ölənlərin sayı artdı
“Prezidentin BMT-nin sessiyasındakı iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir” - Deputat
14:55 23.09.2025
“Prezidentin BMT-nin sessiyasındakı iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir” - Deputat
Naftalanda Şəhid Bəhruz Quliyevin ailəsi ziyarət olunub - FOTOLAR
14:45 23.09.2025
Naftalanda Şəhid Bəhruz Quliyevin ailəsi ziyarət olunub - FOTOLAR
İki ölkənin hava limanlarında dron həyəcanı - Uçuşlar müvəqqəti dayandırıldı
14:34 23.09.2025
İki ölkənin hava limanlarında dron həyəcanı - Uçuşlar müvəqqəti dayandırıldı
61 yaşlı müğənni 25 il sonra qızının atasına ərə getdi - FOTO
14:27 23.09.2025
61 yaşlı müğənni 25 il sonra qızının atasına ərə getdi - FOTO
Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb
14:22 23.09.2025
Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR
14:15 23.09.2025
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR
Viza ala bilmədilər, konsert təxirə düşdü
14:11 23.09.2025
Viza ala bilmədilər, konsert təxirə düşdü
Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir
14:07 23.09.2025
Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir
Beş ildir eyni maşını sürürəm: Fatimədən irad
13:55 23.09.2025
Beş ildir eyni maşını sürürəm: Fatimədən irad
Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb
13:55 23.09.2025
Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb
"Anam mənim ən ağrılı yerimdir" - Niyam  göz yaşı tökdü
13:37 23.09.2025
"Anam mənim ən ağrılı yerimdir" - Niyam göz yaşı tökdü