“Bu şəxslər cəzalansa, “TikTok”dan da digər sosial şəbəkələr kimi faydalanmaq olar"

“Bu şəxslər cəzalansa, “TikTok”dan da digər sosial şəbəkələr kimi faydalanmaq olar"
MARAQLI
13:13 05.04.2024
454
"Yayılan saxta video, dezinformasiya bir anda ölkəni çalxalaya, xaosa gətirib çıxara bilir"

"Dünyanın heç bir yerində bu platforma Azərbaycandakı qədər siyasiləşməyib. "Tiktok"un Azərbaycan seqmenti günü-gündən çirkin əməllərin episentrinə çevrilir”
 
"Tiktok” sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılıb.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilib: "Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik. Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.
 
Maraqlıdır, vətəndaşların bu tip xəbərləri yaymaqda məqsədləri nədir?

Azxəbər.com saytının baş redaktoru Hacıbəy Heydərli isə "Sherg.az"a açıqlamasında deyib ki, "TikTok” Azərbaycanda ən populyar və çox istifadə olunan sosial şəbəkədir:

"TikTokda neqativ videolar, milli- mənəvi dəyərlərə zidd məlumatların paylaşılmasını, azyaşlı uşaqların  valideynləri tərəfindən istismar olunmasını, narkotik maddələrin təbliğini və digər xoşagəlməz tendensiyaların  şahidi oluruq. Ölkəmizdə aqressiya da, psevdo məlumatlar, saxta, "feyk" videolar da məhz oradan tirajlanır. Heç şübhəsiz ki, bu gün ölkə üçün ən böyük təhdid "tiktok" sosial şəbəkəsidir. Orada yayılan hansısa saxta video, dezinformasiya bir anda ölkəni çalxalaya, xaosa gətirib çıxara bilir”.

Fake xəbərlər, dezinformasiyaların  artmasına gəldikdə isə H. Heydərli deyib ki, ölkədə xaos, təşviş yaratmağa çalışan xarici qüvvələrin əməlidir. Lakin reytinq axtaran, kəşfetə düşmək üçün nə olsa  paylaşan insanlar da var ki  bu  informasiyaların  cəmiyyətdə yaradacağı  xaosun fərqinə varmadan bu addımı atır. Son illər ölkəmizdə media savadlılığı ilə bağlı həyata keçirilən layihələri xatırladan jurnalist  qeyd edib ki,  hər nə qədər insanların yalan məlumatlara inanmaması üçün təbliğat işləri aparılsa da, vətəndaşlarımız hələ də fake nyuslara inanırlar və axına  qarşı gedirlər:
 "Bu günlərdə TikTok  rəsmiləri də açıqlama yaymışdı ki, 2023-cü ildə platformanın Azərbaycan seqmentində paylaşılan 2 milyon video silinib.  Bu o deməkdir ki, "TikTok”-un qaydalarına zidd olan məlumatlar paylaşılan zaman şəbəkə onları sistemdən silə bilir. Lakin arxiv videoları yenidən paylaşanda artıq onu sistem zərərli paylaşım kimi  ayırd edə bilmədiyi üçün silməkdə çətinlik çəkir. İnsanlarımız isə bu cür videoları şikayət etmək əvəzinə  layk edib, rəy  yazaraq daha da kəşfetə düşməsinə şərait yaradırlar”. 

"TikTok”un birdəfəlik bloklanmasına gəldikdə isə H. Heydərli deyib ki, bütün mənfiliklərə rəğmən bu platformanın müsbət kontentləri də var. Ona görə də daha çox maarifləndirmə  işləri aparıb insanları  fake xəbərlərə inanmamağı aşılamaq  lazımdır. Eyni zamanda  TikTok vasitəsilə xof, qorxu yaradan paylaşımlar edən, uşaqların əməyini istismar edən, milli- mənəvi dəyərlərimizə zidd paylaşımlar edən insanlar cəzalansalar "tiktok”-dan  da digər sosial şəbəkələr kimi  faydalanmaq olar".     
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər