Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər

Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
SOSİAL
12:07 25.09.2026
225
Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.

AZXEBER.COM xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.

Qüvvədə olan "Dövlət qulluğu haqqında” Qanuna görə, hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:

- onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

- məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

- bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;

- qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

Layihəyə əsasən, aşağıdakı şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməzlər:

- digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;

- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;

- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;

- qulluq funksiyalarının və vəzifələrinin yerinə yetirilməməsinə və ya lazımı şəkildə yerinə yetirilməməsinə, müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində);

- din xadimləri.

Qeyd edək ki, "Dövlət qulluğu haqqında” Qanunda olduğu kimi Dövlət Qulluğu Məcəlləsinin layihəsində də 65 yaşla bağlı məhdudiyyət saxlanılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"
12:45 25.09.2026
"Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul etdi - FOTOLAR
12:43 25.09.2026
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul etdi - FOTOLAR
Hərbi qulluqçuların əməkhaqqı sistemində hansı dəyişikliklər olacaq?
12:40 25.09.2026
Hərbi qulluqçuların əməkhaqqı sistemində hansı dəyişikliklər olacaq?
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
12:28 25.09.2026
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
12:27 25.09.2026
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
12:25 25.09.2026
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
Prezident Kobaxidzeyə zəng etdi
12:08 25.09.2026
Prezident Kobaxidzeyə zəng etdi
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
12:07 25.09.2026
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
12:04 25.09.2026
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
11:59 25.09.2026
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
11:56 25.09.2026
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
11:56 25.09.2026
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
11:54 25.09.2026
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
11:49 25.09.2026
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
Hərbçilərin maaşı bu qədər artacaq
11:40 25.09.2026
Hərbçilərin maaşı bu qədər artacaq
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
11:39 25.09.2026
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib