Bu şəxslər material, avadanlıq və digər əmlakla təmin olunacaqlar

Bu şəxslər material, avadanlıq və digər əmlakla təmin olunacaqlar
SOSİAL
19:44 27.07.2020
997

Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni qərarı özünüməşğulluq proqramının icrası, proqram çərçivəsində isşz və işaxtaranların kiçik ailə təsərrüfatlarının yaradılması işinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Qərarda hazırkı pandemiya ilə əlaqədar olaraq,  Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran  kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur. Həmin şəxslərə yerli məşğulluq orqanlarının  köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək.

 

Qərara əsasən, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar Nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək.

2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır və bu ilin ötən dövründə onlardan artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir