Son günlər uşaqlar və böyüklər arasında qızılcaya yoluxma geniş yayılıb. Xəstəliklə mübarizə məqsədilə insanların vaksinasiyası vacib xarakter alıb. Artıq 11-40 yaş arası əhali arasında peyvəndlənmə prosesi başlayıb. Bu yaş aralığında insanların qızılcaya qarşı bir dəfə peyvəndlənməsi kifayətdir.
AZXEBER.COM xəbər verir ki, sahə həkimi Pakizə Xəlilova "Xəbərin olsun" verilişinə açıqlamasında bildirib ki, əgər hər hansı bir şəxs uşaq vaxtı peyvənd olunubsa daha sonra qızılca keçirməyibsə peyvənd oluna bilər. Lakin sonuncu peyvənddən 10 il keçməlidir.
Həkimlər onu da qeyd edib ki, hər gün 10-20 nəfər peyvənd olunmaq üçün klinikaya müraciət edir. 40 yaşdan yuxarı şəxslər arasında isə peyvəndlənmə həyata keçirilimir. Koronavirusdan fərqli olaraq qızılca peyvəndi bir doza vurulur.
Ətraflı videoda: