Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ

Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
SOSİAL
13:58 23.09.2026
223
Ali məktəbə qəbul olmaq hər bir gənc üçün böyük uğur olsa da, müstəqil həyata ilk addımlar heç də həmişə asan olmur. Təhsil, yaşayış, maddi təminat, psixoloji adaptasiya və gələcəkdə işlə təmin olunmaq kimi məsələlər istənilən gənc üçün böyük qayğıdır.

Xüsusilə də uşaq evlərindən çıxan, valideyn, qohum-qardaş dəstəyi olmayan gənclərin qarşısında bu qayğılar ikiqat artır. Belə ki bu il uşaq evlərindən 28 gənc ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunub.

Maraqlıdır, onlar həyatlarının yeni mərhələsində dövlət tərəfindən hansı dəstəyi alırlar? Təhsil müddətində yaşayış və digər sosial-maddi ehtiyacları necə qarşılanır?

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq valideyn himayəsindən məhrum olmuş uşaqlar həyatlarının bütün mərhələlərində dövlət qayğısı ilə əhatə olunuduğu bildirilib. Onlara sosial, psixoloji, məişət, pedaqoji və digər xidmətlər göstərilir. Əsas məqsəd onların təhlükəsizliyinin, inkişafının, təhsilinin və cəmiyyətə sağlam inteqrasiyasının təmin edilməsidir.
Qeyd olunub ki, bu qayğı yalnız onların uşaq evində yaşadığı dövrlə məhdudlaşmır. Valideyn himayəsindən məhrum olmuş və ali, orta ixtisas və ya peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər də təhsil aldıqları müddətdə müvafiq qayğı ilə təmin olunurlar.

Onların yeni həyata adaptasiyası, təhsillərini davam etdirməsi, məşğulluğunun təmin olunması və digər sosial məsələlərin həlli istiqamətində müəssisələrdə çalışan sosial işçilər və psixoloqlar tərəfindən dəstək göstərilir.

Bununla yanaşı, qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzəldikdə dövlət tərəfindən 6000 manat məbləğində birdəfəlik müavinət də alırlar.

Beləliklə, uşaq evinin tələbələrinə təhsil və müstəqil həyata keçid mərhələsində onların qarşılaşa biləcəyi sosial və məişət çətinliklərinin aradan qaldırılması üçün dəstək mexanizmləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı