Bu şəxslərə market və apteklərdə endirim olacaq

Bu şəxslərə market və apteklərdə endirim olacaq
SOSİAL
12:23 12.08.2025
226
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Sosial Tərəfdaş” loyallıq proqramı ölkə üzrə təqaüdçülər, şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər üçün sosial rifahın yaxşılaşdırılması məqsədilə xüsusi endirim imkanları yaradır.

AZXEBER.COM xəbər verir ki, proqram çərçivəsində minlərlə vətəndaş supermarketlər, apteklər, klinikalar və digər xidmət sahələrində alış-veriş zamanı güzəştlərdən faydalana bilir. Endirimlər gündəlik xərclərin azaldılması və sosial dəstəyin artırılması istiqamətində əhəmiyyətli addımdır.

Endirimlərdən yararlanmaq üçün vətəndaşların "e-Sosial” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməsi və kassada "Sosial Tərəfdaş” barkodunu təqdim etməsi kifayətdir.

OXŞAR XƏBƏRLƏR