Bu şəxslərin pensiya yaşı həddi 75-ə qaldırılır

Bu şəxslərin pensiya yaşı həddi 75-ə qaldırılır
SOSİAL
14:40 28.02.2025
1610
Milli Məclisin bu gün keçirilən iclasında "Konstitusiya Məhkəməsi haqqında” Qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

AZXEBER.COM Musavat.com-a istinadən bildirir ki, dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.

Layihədə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur. Bundan əlavə, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.

Hazırda qüvvədə olan qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.

Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edilib.
OXŞAR XƏBƏRLƏR