Azərbaycanın tütün bazarında siqaretlərin qiymətlərində ucuzlaşma davam edir.
Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Imperial Tobacco" şirkəti daha bir tütün məmulatının qiymətini azaldıb. Belə ki, pərakəndə satış qiyməti 2,70 AZN olan "West" siqareti artıq 1,30 AZN-ə satılır.
Məsələ ilə bağlı "Imperial Tobacco"dan "Report"a bildirilib ki, qiymətin azaldılması yalnız "West" brendinə şamil edilib.
Xatırladaq ki, Britaniya şirkəti martın əvvəlindən əksər məhsulları yeni qiymətlərlə satışa çıxarıb:
"Prima Deluxe" – 1,40 AZN
"ClassicKingSize" – 1,60 AZN
"Imperial ClassicSlims və Imperial ClassicCompact" – 1, 80 AZN
"WestCompact" – 2 AZN
"P&S" – 2 AZN
"Davidoff" – 3 AZN.
///"Report"