Bu şirkətdə milyonluq yeyinti - Həbs edilənlər var

Bu şirkətdə milyonluq yeyinti - Həbs edilənlər var
SOSİAL
17:57 01.07.2026
380
Elektrik və enerji paylama sistemləri sahəsində fəaliyyət göstərən topdansatış və mühəndislik şirkəti "Aktiv Enerji”də böyük miqdarda mənimsəmə faktı aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətdən daxil olmuş şikayət əsasında prokurorluqda cinayət işi başlanıb.

Araşdırma nəticəsində şirkətin maliyyə şöbəsinin direktor müavini Rüfət Şəmsiyev, şirkətin kassaya cavabdeh operatorları Asim Əliyev, Vüsal Ağayev və Suğra Quliyeva cinayət məsuliyyətinə cəlb olunub. Onlardan R.Şəmsiyev və Asim Əliyev həbs edilib.

İstintaqla müəyyənləşib ki, adları qeyd edilənlər avadanlıqların satışı nəticəsində əldə olunmuş 1 milyon manatdan artıq pulu şəxsi mənafeləri üçün mənimsəyiblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiya həddi 10 ildən 14 ilə qədər həbsdir.
OXŞAR XƏBƏRLƏR