"Bu stil mənim" layihəsinin İstanbuldakı çəkilişləri başladı - FOTOLAR

"Bu stil mənim" layihəsinin İstanbuldakı çəkilişləri başladı -  FOTOLAR
MAQAZİN
00:27 25.11.2015
2281

Türkiyənin məşhur media şirkəti "Renk medya"nın sahibi Hamit Tuncelin rəhbərliyi ilə yeni moda layihəsi "Bu stil mənim" proqramının ilk çəkilişləri sona çatıb.

AZXEBER.COM xəbər verir ki, çəkilişlər İstanbul şəhərində, Türkiyənin "İşte benim tarzım" proqramının çəkildiyi studiyada çəkilib. Yarışmanın münsif kürsüsündə tanınmış modelyer Fəxriyyə Xələfova, top model Günay Musayeva, teleaparıcı Zaur Baxşəliyevdir. Hər həftə bir məşhur da münsif kürsüsünün qonağı olacaqdır. Proqramın aparıcısı tanınmış teleaparıcı Günay Baxşəliyevadır. 13 yarışmaçı qızdan ən dəblisini böyük mükafat gözləyir.

Proqramın ilk bölümünü 28 noyabrda Azərbaycanın ən baxımlı kanalı ATVdə izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR