"Bu sürücünü dərhal tapıb, yeni avtomobil hədiyyə edin" - GÜNÜN FOTOSU

"Bu sürücünü dərhal tapıb, yeni avtomobil hədiyyə edin" - GÜNÜN FOTOSU
SOSİAL
16:29 08.02.2023
448
"İş adamı və ya vəzifə yiyəsi olsam, bu sürücünü dərhal tapdırardım və ona əla bir maşın bağışlayardım, deyərdim, ürəyinə qurban".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış jurnalist Xalid Kazımlı Türkiyəyə yardım aparan və görüntüsü yayılan avtomobil sürücüsü haqda deyib.
 
Xatırladaq ki, Bakıda Türkiyəyə kömək üçün tələsən vətəndaşın fotosu gündəm olub.
 
Köhnə avtomobilə yüklənmiş yorğan-döşəyi yardım üçün aparan şəxs görənləri qürurlandırıb. Sosial şəbəkələrdə həmin fotonu paylaşanlar hər bir azərbaycanlının Türkiyədə zəlzələdə zərər çəkənlərə kömək etmək üçün bir yumruq kimi birləşdiyini qeyd ediblər.
OXŞAR XƏBƏRLƏR