Bu tarixdə hava şəraiti kəskin dəyişəcək - Temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bu tarixdə hava şəraiti kəskin dəyişəcək - Temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
SOSİAL
21:11 05.09.2023
312
Xəbər verdiyimiz kimi, sabahdan etibarən havanın temperaturu kəskin enəcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Rayonlarda isə 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Həmçinin çaylarda sululuğun artacağı da gözlənilir.
Qeyd edək ki, sentaybrın 7-si axşam saatlarında Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı da var.
OXŞAR XƏBƏRLƏR