Bu tarixdən hava kəskin dəyişəcək - qar yağacaq

Bu tarixdən hava kəskin dəyişəcək - qar yağacaq
SOSİAL
23:18 04.04.2024
460
Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.
OXŞAR XƏBƏRLƏR