Bu ünvanda çoxsaylı vətəndaş yaşasa da, yalnız bir ədəd avtobus fəaliyyət göstərir. Sakinlər dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, hələ ki, bir nəticə yoxdur. Söhbət Xəzər rayonu Binə Atçılıq qəsəbəsindən gedir.
AZXEBER.COM "ATV”ə istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, bu ünvanda 10 000-ə yaxın sakin yaşasa da, yalnız 1 avtobus fəaliyyət göstərir. Bu avtobus gün ərzində 2 dəfə fəaliyyət göstərir. Bir səhər, bir axşam işləyən avtobus artıq 3 gündür ki, həmin ərazilərə getmir.
Sakinlər bu hallardan şikayətçi olduqlarını bildiriblər. Onların hər biri avtobusların çox pis işləməsindən narazı olduqlarını söyləyiblər. Onlar bu yolda olan özbaşınalıqdan əziyyət çəkdiklərini bildiriblər.
Bəzi sakinlərin sözlərinə görə, onlar məsələ ilə bağlı BNA-ya müraciət etdiklərini deyiblər.
168 nömrəli avtobusun marşrut xəttinin rəhbərliyi bildirib ki, problemin yaranmasına görə məsuliyyət qanunsuz marşrut işlədənlərin üzərinə düşür.
Mövzu ilə bağlı "ATV”-nin hazırladığı süjeti ətraflı təqdim edirik:
Ayşən