Hindistanda baş verən hadisə hər kəsi şoka salıb.
Haber365.com saytının xəbərinə görə, bir neçə gün əvvəl Hindistanda dünyaya gələn uşaq qeyri-adi görüntüsü ilə hər kəsi təəccübləndirib. Belə ki, onu hər kəsdən fərqləndirən cəhət onun tək gözlü olması olub.
Ana bətnində olarkən burnu və gözləri inkişaf etməyən uşaq alnında olan tək gözlə dünyaya gəlib. Mütəxəssislər anormal görüntüsünü ekoloji çirklənmə və atmosferə atılan zəhərli tullantılarla əlaqələndirirlər.
Məlumat üçün bildirək ki, bu hindistanda baş verən ilk anormal hadisə deyil, belə ki, bir müddət bundan əvvəl də Hindistanda 4 qolu və 4 ayağı olan bir uşaq doğulmuşdu. Lakin anormal görüntüyə malik olan uşaqların heç biri uzun müddət yaşamamışdırlar.