"Bu verilişləri bağlayın, aparıcıları cəzalandırın" - Telli Pənahqızı müraciət etdi

"Bu verilişləri bağlayın, aparıcıları cəzalandırın" - Telli Pənahqızı müraciət etdi
MAQAZİN
14:16 23.02.2026
1399

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı bəzi televiziya aparıcılarını tənqid edib.

AZXEBER.COM xəbər verir ki, o müğənnilləri qınamağın tərəfdarı olmadığını deyib.

Telli Pənahqızı qeyd edib ki, aparıcıları cəzalandırmaq lazımdır:

"Müğənnicikləri niyə qınayırsınız ki? Onları "müzakirə mövzusuna” çevirib biabır edən "hər şeyə qadir olan” aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır. Çalıb-oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə "aparıcılar”dır. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, caamatın əsəbi ilə bu qədər oynamaq olmaz!  Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirməyin!Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu göz görəsi milləti təhqirdir”.

OXŞAR XƏBƏRLƏR