Tədqiqat dənli bitkilər, çörək və makaron məhsullarına əlavə edilən vitaminin ürək xəstəliklərinə səbəb ola biləcəyini ortaya çıxarıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar aşkar ediblər ki, orqanizm artıq niasini parçalayanda yaranan 4PY adlı kimyəvi maddə infarkt, insult və ürək xəstəlikləri ilə güclü şəkildə əlaqələndirilir.
ABŞ-nin Klivlend Klinikasından həkim Stanley Hazen niasinin ürək-damar xəstəliklərinin inkişafına əhəmiyyətli təsir edə biləcəyini söyləyib. Bir çox səhər yeməyi məhsullarında olan niasin əvvəllər xolesterolu azaltmaq üçün tövsiyə olunan ümumi B vitaminidir.
Niasin çatışmazlığı pellagra adlanan potensial ölümcül vəziyyətə səbəb ola bilər. Simptomlara iltihablı dəri, ağız yaraları, ishal daxildir.
Una əlavə edilən niasinin miqdarının artırılması Böyük Britaniya hökuməti tərəfindən 2022-ci ildə təsdiqlənib və Ümumdünya Ticarət Təşkilatına və Aİ Komissiyasına rəsmi bildiriş prosesi başa çatdıqdan sonra bu ilin sonunda qüvvəyə minməsi gözlənilir.
Gülay