Çinin Luduo rayonunda yaşayan insanlar cəmiyyət tərəfindən lənətlənən insanlardır.
AZXEBER.COM-un məlumatına görə, buna səbəb onlarda olan qeyri-adi yoluxucu xəstəlikdir.
İnsanlar onları qəbul etmir və özlərinə, ailələrinə yaxın qoymadan cəmiyyətdən uzaqlaşdırırlar. Tibb elmi sübut edib ki, bu cür xəstəliklər əslində, yoluxucu deyil, amma bu qəsəbənin sakinləri bunu qəbul etmir. Həyata bu xəstəliklə gələn, və ya sonradan buna yoluxan zavallı insanlar məcbur şəkildə tərk edilir. Çinin Yunnan bölgəsində yerləşən Luduo rayonu əvvəllər 80 nəfərdən çox xəstəyə ev sahibliyi edirdi. İndi bu xəstələrin sayı kifayət qədər çoxalıb. Hətta bəzi xəstələr sağaldıqdan sonra belə cəmiyyətin təzyiqinə görə ailələrinə geri qayıda bilməyib burada ölmək məcburuyyətində qalıblar.
Fatimə İbrahimova