Bu xəstəliyi olan uşaqlar koronavirusu çox ağır keçirir - Uzman pediatr açıqladı

Bu xəstəliyi olan uşaqlar koronavirusu çox ağır keçirir - Uzman pediatr açıqladı
SAĞLAMLIQ
14:54 08.12.2020
3082
Əli Quliyev
Pediatr Uzman Doktor
 

UŞAQLARDA COVİD 19
 
Son zamanlar "COVİD-19"un sürətli yayılmasına bağlı olaraq xüsusi ilə uşaqlarla əlaqəli çox müraciətlər olur. Valideynlər uşaqları qorumaq üçün bir çox vasitədən istifadə etməyə çalışır. Hazırda valideynlərdə uşaqları ilə əlaqədar ciddi bir narahatçılıq halının olduğu müşahidə edilməkdədir. Bunu nəzərə alaraq müəyyən nüanslara aydınlıq gətirmək istəyirəm.
 
Yetişkin insanlarda COVİD-19 çox ağır müşahidə olsunsa da, xoşbəxtlikdən uşaqlarda daha mülayim keçir. Bu həm dünya, həm də elə öz təcrübəmizdə görünür.
 
Lakin xüsusi risk qrupunda olan uşaqlar var ki bunlarda COVİD-19 ağır keçə bilər.
 
Bunlar:
 
-Ürək xəstəliyi olan
-Ağciyər xəstəliyi olan
-İmmun sistemi zəif olan
-İmmun sistemi zəiflədən dərman qəbul edən
-Şəkər xəstəliyi olan
-Digər xroniki xəstəliyi olan uşaqlardır
 
Bizim cəmiyyətimizdə də bu kimi xəstəliyə malik olan uşaqlar kifayət qədər çox olduğundan ölümlə nəticələnə biləcək halların ola biləcəyi unudulmamalıdır.
 
Bu günlərdə valideynlər bizə zəng edərək evdə COVİD-19 müsbət xəstə olduğunu, uşağı necə qoruyabiləcəklərini, müalicəyə ehtiyac olub-olmadığını soruşurlar. Qısaca bunlara cavab verməyə çalışacam.
 
- Başlanğıcda onu deyim ki uşaqlarda bu gün üçün təsdiq olunmuş effektiv bir müalicə üsulu yoxdur
 
Böyüklərdə istifadə olunan bir sıra dərman preparatı olmasına baxmayaraq, uşaqlarda güvənilirliyi sübut olunmuş belə bir preparat yoxdur. Böyüklərdə istifadə olunan bəzi preparatlar dozası tənzimlənərək uşaqlarda da istifadə oluna bilər. Bu dərmanların effekti mübahisəli olmaqla yanaşı, həm də yan təsirləri çox ola bilməkdədir. Bu baxımdan adətən ağırlaşma olan uşaqlarda tövsiyyə olunur
 
- Bu gün üçün elə bir vasitə tapılmayıb ki, uşaqlara və ya böyüklərə verək və onlara bu virus bulaşmasın
 
- İmmun sistemi gücləndirəbiləcək bir dərman vasitəsi yoxdur (müxtəlif şamlar, siroplar, kremlər, sistemlər və.s)
 
- Əgər uşağın qidalanmasında ciddi problem varsa, vitamin dəstəyi verilə bilər
 
- Yüksək doz C vitamininin bir əhəmiyyəti yoxdur. Bu il başında aparılan elmi tədqiqatlar göstərib ki, hətta sepsisli (yəni qısaca çox ağır) xəstələrdə belə verilən yüksək doz C vitamininin bir mənası olmayıb
 
-D vitamini ancaq qan analizində əksikliyi göstərilən uşaqlara verilə bilər. Normal D vitamini səviyyəsi olan uşaqlarda uzun müddət yüksek doza D vitamini verilməsi fəsadlara səbəb olabilər (məsələn böyrək daşı)
 
- Profilaktik antibiotik mualicəsi verilməməlidir. Yanaşı ağırlaşma varsa, ki bu uşaqlarda nadirdir, o zaman istifadə olunabilər
 
- COVİD 19 xəstəsi ana uşağına süd verə bilər. Sadəcə olaraq maska taxması və gigiyenik qaydalara əməl etməsi tövsiyyə olunur
 
- Bu tip pandemiyalar ya əhalinin 60-70 faizinin xəstəliyi keçirməsi ilə və ya kütləvi peyvəndləmə ilə sona çatır. Bes o zamana qeder ne edek?
 
- Mümkün qədər çox insan olan yerlərdən uzaq durmaq
 
- Əl, üz təmiziliyinə diqqət etmək
 
- Uşaqları öpməmək
 
- Maska ilə düzgün rəftar edə bilmək
 
- Uşaqlara da maska taxmaq

- Uşaqları düzgün qidalandırmaq

-Bol maye qəbul etmək
 
- Evi sıx aralarla havalandırmaq
 
- Adətən uşaqlar 2-3 gün qızdırdıqdan sonra fəsadsız sağalırlar.
 
Bu baxımdan əksər uşaqlarda sadəcə hərarət salıcı dərmanlar kifayətdir. Lakin hər hansı bir ağırlaşma gördüyünüzdə (təngənəfəslik, halsızlıq,şiddətli öskürək, çətin düşən qızdırma, yuxuya meyillilik ) mütləq uşağınızı muayənə etdirin. (Təkrarən bildirim ki uşalarda bu tip ağırlaşmalar çox az görülür)
 
Ən sonda hər kəsə sağlam gələcək arzu edirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı