Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama
SOSİAL
22:41 27.07.2026
770
TƏBİB Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində cərrah olmadığı ilə bağlı sosial mediada yayılan iddialara aydınlıq gətirib.

AZXEBER.COM Bizim.Media xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, iyulun 25-də saat 18:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış bir neçə şəxs, eyni zamanda digər təxirəsalınmaz tibbi yardım tələb edən pasiyentlər müraciət edib:
 
"Hadisə qeyri-iş saatlarında baş verdiyindən tibbi xidmət təsdiq edilmiş növbətçilik qrafikinə uyğun olaraq növbətçi həkim heyəti tərəfindən həyata keçirilib, bütün müraciətlər triaj (prioritetlik) prinsiplərinə əsasən qiymətləndirilərək zəruri tibbi müdaxilələr vaxtında icra olunub".

"Hadisə zamanı xəstəxananın iki cərrahı həyati təhlükəsi olan pasiyent üzərində əməliyyat apardığından onların digər tibbi xidmətə cəlb edilməsi mümkün olmayıb. Bununla yanaşı, eyni anda daxil olan müraciətlərin sayı çox olanda zərurət yaranarsa, müvafiq ixtisaslar üzrə həkimlər operativ şəkildə tibbi xidmətə cəlb olunurlar”, - açıqlamada bildirilib.

Qeyd edək ki, sosial mediada Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində cərrah olmadığı barədə görüntülər yayılıb. Video görüntülərdə vətəndaşlar yaralı halda xəstəxanaya müraciət etsələr də, cərrah tapa bilmədiklərindən şikayət ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
22:48 11.09.2026
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO