"Hər ay onkoloji xəstələrdən milyonlarla rüşvət yığan, milyonlarla büdcə pulunu mənimsəyən Milli Onkologiya Mərkəzi acınacaqlı vəziyyətdə olan Sumqayıt Dispanserinə 100.000 manat ayıra bilmir?! Fotoların müəllifinə əsl vətəndaş mövqeyinə görə təşəkkür edirəm. Digər vətəndaşlarımızdan da belə mövqe sərgiləmələrini xahiş edirəm.
Qeyd edək ki, bu mövzu bir müddət öncə də gündəmə gəlmişdi. Bu ilin fevral ayında Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, son bir neçə il ərzində 600 yaxın tibb müəssisəsi əsaslı təmir olunub və ya yenidən tikilib.
“Lakin təmirə ehtiyacı olan müəssisələrdə var ki, onlarında təmir və yenidən tikilişinə dair təkliflər verilib.
“Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın layihəsində Sumqayıt Şəhər Onkoloji Xəstəxanasının tikintisi Səhiyyə Nazirliyi tərəfindən nəzərdə tutulub”.
Ancaq bu açıqlamanın üstündən 5 aya yaxın müddət keçsə də, mərkəz hələ də bərbad vəziyyətdədir.
Həmin fotoları təqdim edirik:











