"Bavariya" klubunun yarımmüdafiəçisi Frənk Riberi yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.
Fransız futbolçu bir neçə ilə bundan öncə 18 yaşı tamam olmayan mərakeşli Zahidə adlı qızla cinsi əlaqədə olmasını özünə bağışlamadığını bildirib:
"Həmin vaxt pul verib Zahidə ilə cinsi əlaqədə oldum. Bu, tamamilə axmaqlıq idi. Özümü hələ də bağışlaya bilmirəm. Üstəlik, son dünya çempionatında uğursuz çıxış etməyimidə unutmamışam.
Mən əslində belə insan deyiləm. Bu yola necə düşdüyümü özüm də anlamıram. Küçə uşağı kimi böyümüşəm və pulsuzluğun nə olduğunu yaxşı bilirəm. Lakin artıq vəziyyət dəyişib. Peşəkar futbolçu olaraq yaxşı qazanıram və ailəmi də hər şeylə təmin edirəm. Bundan sonra bir daha belə səhvlərə yol verməyəcəyəm və ailəm üçün yaşayacağam".
Qeyd edək ki, Riberinin Zahidə ilə olan münasibətindən xəbər tutan futbolçunun həyat yoldaşı ilk öncə ondan ayrılsa da, sonradan ərini bağışlamışdı.//qol.az