Bu yolda işıqforlar işləmir - Diqqətli olun!

SOSİAL
11:44 01.10.2024
107
Hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, buna səbəb ərazidə elektrik təchizatının kəsilməsidir:

"Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.
OXŞAR XƏBƏRLƏR