Bu yolda məhdudiyyət tətbiq edildi - Sürücülərin nəzərinə

SOSİAL
13:25 01.02.2025
255
Nizami rayonu, Babək prospekti, Baku Medical Plazanın yaxınlığındakı yolda aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub.

Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.

OXŞAR XƏBƏRLƏR