Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək Azneft meydanından Su idmanı sarayına qədər olan hissədə, hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.
Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.