Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
SOSİAL
10:26 27.11.2024
169
Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, məlumat-sürət tablolarında "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

***

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
OXŞAR XƏBƏRLƏR