AZXEBER.COM xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
"Xarici Dairəvi avtomobil yolunun yan yolu (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinə qədər) 1 avqust saat 06:00-dan 3 avqust saat 06:00-dək – yol tam bağlanacaq. Şeyx Şamil küçəsi (H.Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinə qədər) və Lermontov küçəsi (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinə qədər) 1 avqust – 3 avqust – yollar tam bağlanacaq. Mikayıl Müşfiq küçəsi (Mətbuat prospektindən Parlament prospektinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək – hərəkət qismən məhdudlaşdırılacaq.











































