Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bu yollarda hərəkət məhdudlaşdırılacaq
SOSİAL
16:34 24.09.2019
3546
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi, həmçinin gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən AZXEBER.COM-a məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR